‎1828-CIL BU GUNKU GUN ! AZARBAYCAN IKI YERE BOLUNDU. ARAZDAN SHIMALDAKI HISSE CAR RUSIYASINA VERILDI, ARAZDAN CENUBDAKI ERAZILERSE FARSLARA VERILDI. BUNKU IRAN DEVLETI HEMIN BOLUNME ILE YARANDI VE BU GUNE KIMI MEVCUDDUR. HEMIN 1828 CI IL BU GUNKU GUN AZARBAYCANIN BAGRIRINA ZEHERLI XENCERIN VURULDUGU GUNDUR. BUTOV 184 IL OTUR HEMIN QANLI FACIEDEN! BU GUN AZARBAYCAN TARIXINDE QANLA YAZILDIGI BIR GUNDUR!

Türkmənçay müqaviləsi Rusiya və İran sərhədləri Türkmənçay müqaviləsindən avvəl və müqavilədən sonra Türkmənçay müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 Fevral-da Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmışdır. Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak etmişdir. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalamışlar. Türkmənçay müqaviləsinin mətnindən çıxarışlar III Maddə İran şahı həzrətləri öz adından və öz vərəsələri adından Arazın o tayı və bu tayı üzrə Irəvan xanlığını və Naxçıvan xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir... [IV Maddə Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır: Sərhəd xətti Türkiyə torpaqlarının ucundakı kiçik Araratanın zirvəsindən aralıda düz istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir; buradan maillik üzrə Ararata*nın cənub tərəfindən axan Aşağı Qarasu çayının yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac, yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq tərəfdən Araz*ın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra sərhəd Muğan düzü vasitəsilə Bolqarçay*adək, iki kiçicik Adınabazar və Sarıqamış çay*larının birləşməsində üç ağac yəni 21 rus verst*i aşağıda olan torpaqlara gedir; sərhəd buradan Bolqarçay*ın sol sahili ilə yuxarı; adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək, sonra Şərqi Adınabazar çayı*nın sağ sahili üzrə onun yuxarılarınadək davam edir, buradan isə Cikoir yüksəkliyi*nin zirvəsinədək elə davam edir ki, o yüksəklikdən Xəzər dənizi*nə tökülən bütün sular Rusiyaya məxsus olacaqdır, İran tərəfə axan bütün sular isə İran*a məxsus olacaqdır. Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir; qərarlaşdırılmışdır ki, onların Xəzər dənizi*nə doğru enişi Rusiya*ya məxsus olmalıdır, o biri yandakı enişi isə İran*a məxsusdur. Sərhəd Cikoir yüksəkliyi zirvəsindən, Talış*ı Ərş dairəsi*ndən ayıran dağlar üzrə Qəmərkühüm zirvəsi*nədək keçir. Suların axarını iki yerə bölən dağların başı, yuxarıda Adınabazar*ın yuxarı axarı və Cikoir zirvəsi arasındakı sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsi*ndən Züvand və Ərş dairələri*ni ayıran dağ silsiləsi üzrə Velgic dairəsi*nin sərhədlərinədək uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiya*ya birləşir. Hər iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın zirvəsi və Velkic dairəsi*ndəki dağların baş silsiləsi üzrə Astara çayı*nın şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər dənizi*nə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya torpaqlarını İran*dan ayırmalı olan sərhəd xətti qurtarır... VI MADDƏ İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini pul təzminatı ilə ödəməyi öhdəsinə götürür... VIII MADDƏ Rusiya*nın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizi*ndə və onun sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq hüququna malikdir; gəmi qəzası hallarında İran*da onlara hər cür kömək edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizi*ndə əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür kömək göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi, yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizi*ndə üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara verilir və təsdiq edilir ki, Rusiya*dan başqa heç bir dövlətin Xəzər dənizi*ndə hərbi gəmiləri ola bilməz... XII Maddə Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Araz*ın hər iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər. Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş İrəvan sərdarı Hüseyn xan*ı, onun qardaşı Həsən xan*ı və keçmiş Naxçıvan hakimi Kərim xan*ı bu iltifatlı sərəncamdan kənar edir... XV Maddə Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusu*nun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayəti*ndən Rusiya*ya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir. XVI Maddə Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifaksiya edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə hər iki tərəfin müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində Türkmənçay kəndi*ndə bağlanmışdır. Əslinə imza atmışlar: İvan Paskoviç, A. Obrezkov.

Yorumlar