İran prezidenti Mahmud Əhmədinejad yaxın günlərdə ölkəsinin nüvə sahəsində yeni uğurları barədə məlumat açıqlamağa söz verib. Lent.az-ın “Reuters” agentliyinə istinadən məlumatına görə, dövlət başçısının bəyanatı İran televiziyası ilə nümayiş etdirilib.
Əhmədinejad bildirib ki, yaxın günlərdə bütün dünya İranın nüvə sahəsində əldə etdiyi çox böyük və vacib uğurların şahidi olacaq.
Yorumlar