IRANDA DAHA 8 NEFER AZARBAYCANLI HEBS EDILIB! MOLLA REJIMININ QETI QERARI GUNEY AZARBAYCANLILARI YOX ETMEKDIR!
Təbrizin inqilab məhkəməsi 8 nəfər Azərbaycanlı milli-mədəni fəal barəsində həbs qərarı çıxarıb.
Azərbaycanlı fəalların hər biri 1 il həbs cəzasına məhkum edilib. Ancaq çıxarılan qərarın 8 ayı təliqə (asılı, təxir) salınıb.
Əkbər Mühaciri, Məhəmmədrza Bəxşi Xace, Rəhim Əli Rzayi, Şəhram Dadaşı, Məsud Bayramı, Əmir Babayi, Vəli Bərqdar, Əsgər Aqayi Əlvəndi və bəraət qazanmılş daha 2 nəfərlə birlikdə 2012-ci il yanvarın 7-də (1390-cı il deyin 17-də) mühakimə olunublar.
Adını çəkdiyimiz azərbaycanlı fəallar, birləşərək ölkə təhlükəsizliyini pozmağa hazırlaşmaq ittihamı ilə suçlanıblar.
Qeyd edək ki, milli-mədəni fəallar Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı tutuqlanan fəalların azadlığı üçün Bildiriş yayarkən, Bəsicilər (hökümət tərəfdarları- yarımsilahlı dəstələr) tərəfindən yaxalanmışdılar.
Yorumlar