RUSIYA BOLGEDE МУ DUNYADA AVTORITAR REJIMLERIN YASHAMASINA BOYUK SHERAIT YARADIR. BU DIKTATORLUGUN BASHINDA ISE VLADIMIR PUTIN МУ ADMINSTIRASIYASI DAYANIR!

Politoloq Zərdüşt Əlizadənin Bia.az-a müsahibəsi: Rusiya niyə qərblə Suriyaya qarşı birləşməkdən imtina edir? Rusiya başa düşür ki, burada heç nə
udmur. Liviya məsələsində güzəştə getdi, Qərb də gəldi, bu ölkəni dağıtdı. Və tam nəzarətə götürdü. Suriya məsələsində də güzəştə getsə, Rusiyaya yenə heç nə çatmayacaq. Ona görə də müdafiə etmir. Qərbin bu ölkələrə istifadə etdiyi nəzarət kampaniyasında guya ki, insanların can sağlığı, qırılmaması və s. var. Bunlar hamısı boş şeydir. Göz qabağında 60 ildir ki, İsrail Fələstin xalqını qırır. Bu işdə ona Qərb-ABŞ yüksək səviyyədə köməklik göstərir. Odur ki, bu ikiüzlü siyasətə fikir vermək lazım deyil. Əlbəttə ki, Rusiya özü çox ədalətsiz, avtoritar, insan hüquqlarını pozan, oğru dövlətdir. Amma onun da öz maraqları var və bu maraqlar Qərbdəkindən fərqlənir. Rusiya bu maraqlarını qorumaq üçün Qərbin bu siyasətinə qarşı çıxır. Rusiya anlayır ki, Suriyadan sonra İrandı, daha sonra hədəf rus xalqıdır. Çalışır Qərbin bu məsələdə qarşısını alsın, onu legitimlikdən məhrum etsin. -Rusiya rəsmiləri Suriyaya səfər edəcəklər. Gözləntiləriniz nədir? -Orada məsələni müzakirə edəcəklər. Bəşər Əsədə məsləhət görəcəklər ki, daha çevik, təşəbbüskar olsun, hansısa demokratik islahatlara getsin ki, qərbi təbliğat silahından məhrum etsinlər -Bəs, Çin niyə gözləmə mövqeyi tutub? -Çin çox yaxşı anlayır ki, Amerikanın dalbadal müxtəlif ölkələrə hücum etməsində, onları nəzarət altına almasında bir məqsəd var. Məqsəd də Çinin güclü dövlətə çevrilməsinin qarşısını almaqdan ibarətdir. Amerika yaxşı bilir ki, 2025-ci ilə qədər hadisələr bu minvalla davam eləsə, Çin dünyanın bir nömrəli dövləti olacaq. ABŞ isə 2-ci dərəcəli dövlət olaraq qalacaq. Bunun qarşısını almaq üçün dünyada iqtisadi inkişafın əsasında duran təbii xammal yataqlarını ələ keçirməyə çalışırlar. Liviyaya ona görə hücum etmədilər ki, Qəddafi diktatordu. Qəddafidən sonra gələnlər daha çox diktatordu. Ona görə bu ölkəni dağıtdılar ki, burada zəngin neft yataqları, şirin su hövzələri var. İstədiklərinə nail oldular. Suriyanı da ona görə vururlar ki, bu ölkə İranla müttəfiqdi. Növbədə İranın hərbi nüvə proqramı haqqında bir əsatir var, bu yalandan da istifadə edib, bu ölkəni vuracaqlar. Bu gedişlə dünyanın neft-qaz, filiz yataqlarını ələ keçirəcəklər. Və bu zaman Çin dövlətinə nə isə lazım olsa, gəlib, diz çökməlidir Qərbin qarşısında. Bu siyasətin əsasında bu durur. -Sizcə, Rusiya və Çin ən sonda Qərbin tətbiq etdiyi sanksiyalar planına qoşulacaq? -Mənə elə gəlir ki, Rusiya və Çin Qərbin Suriyaya hücumunun qarşısını ala bilməyəcəklər. Sadəcə, Qərbi qanunilikdən, legitimlikdən məhrum edirlər. Yəni, qərb nə isə etsə, Suriyaya qarşı İraqda olduğu kimi qanunsuz edəcək.

Yorumlar