Azərbaycanın ABŞ-dakı Səfirliyinin məktubu "Wall Street Journal" qəzetində dərc olunub

Məktub Azərbaycanın guya Ermənistan torpaqlarına iddia etməsini bildirən məqaləyə cavabdır "Wall Street Journal" qəzetinə Azərbaycanın ABŞ-dakı Səfirliyinin ünvanladığı məktub "Azərbaycan torpaqlarının geri qaytarılmasını və sülh istəyir" başlığı altında qəzetin həm çap, həm də internet versiyalarında dərc olunub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən ANS PRESS-ə verilən məlumata görə, məktub qəzetdə bir neçə gün öncə dərc olunmuş, Azərbaycanın guya Ermənistan torpaqlarına iddia etməsini bildirən məqaləyə cavabdır. Məktubda Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və bu işğalın BMT Təhlükəsizlik Şurası da daxil olmaqla beynəlxalq qurumlar tərəfindən pislənilməsi barədə məlumat verilir, münaqişənin tezliklə həllinin Ermənistanın özünün gələcək inkişafı üçün xeyirli olacağı bildirilir və buna görə də, Ermənistan rəhbərliyinin siyasi müdriklik nümayiş etdirərək Azərbaycan ilə sülh danışıqlarına ciddi və konstruktiv yanaşmasının vaxtının yetişdiyi qeyd olunur. Xatırladaq ki, "Wall Street Journal" qəzeti gündə 2 milyon tirajla dərc olunur və ABŞ-in ən böyük tirajlı qəzetidir. Məktubla bu linkdə tanış olmaq olar: http://online.wsj.com/article/SB10001424052702303816504577309592907679180.html?mod=WSJ_Opinion_MIDDLEThirdBucket

Yorumlar