Barak Obama: “İran və Şimali Koreyanın nüvə proqramı bütün dünya üçün təhdiddir”

GünAz TV: Rəsmi Tehran və Pxenyan isə Seuldakı Zirvə toplantısına qatılmayıb. Dünyanın 58 ölkəsinin rəhbərinin, 10 mindən artıq nümayəndənin iştirak etdiyi Seuldakı Nüvə Təhlükəsizliyi Sammitinin (zirvə toplantısı) işçi iclasında liderlər nüvə silahlarının terrorçuların əlinə keçməməsi üçün təcili tədbirlər görülməsini zəruri sayıblar.
Zirvə toplantısına nüvə texnologiyasını inkişaf etdirən İran və Şimali Koreya nümayəndələri qatılmayıb. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Yukiyo Amano deyib ki, bu gün dünyada nüvə təhdidi daha realdır və nüvə silahlarının yayılmasının qarşısını alınmasa, vəziyyət daha da təhlükəli ola bilər. GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, İran və Şimali Koreyaya səslənən ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama isə bu ölkələrin nüvə proqramlarını bütün dünya üçün təhdid adlandırıb. Toplantının sonunda Seul bəyanatının qəbulu gözlənilir. N.S

Yorumlar