Daha bir Avropa ölkəsi Suriyadakı səfirliyini bağladı

GünAz TV: Norveç bu gündən etibarən Suriyadakı səfirliyini bağlayır. norveçli bir diplomat səfirliyin bu ölkədəki təhlükəsizlik səbəbindən bağlandığını bildirib. Diplomat həmçinin bildirib ki, Norveçin Suriya ilə bağlı fəaliyyəti Danimarka səfirliyi üzərindən aparılacaq. Bu barədə
Türkiyə mətbuatı məlumat yayılıb. Qeyd edək ki, bəzi Avropa Birliyi ölkələri ilə yanaşı, ABŞ (Amerika Birləşmiş Ştatları), Türkiyə və 6 Körfəz ölkəsi də Suriya ilə münasibətlərini dayandırıb. N.S

Yorumlar