"Filip Qordon və Qriqori Karasin Qarabağı müzakirə edib"

ABŞ-ın dövlət katibinin müavini və Rusiya xarici işlər nazirinin müavininin görüşü Cenevrədə olub Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin ABŞ-ın dövlət katibinin müavini Fillip Qordonla görüşüb. Görüş Cenevrədə keçirilib. Rusiya XİN mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı Rusiya və ABŞ-ın MDB ölkələri ilə aralarında qarşılıqlı münasibətlərə dair fikir mübadiləsi edilib. Bundan əlavə, görüşdə Cənubi Qafqaz üzrə Cenevrə diskussiyası mövzuları, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həlli müzakirə edilib.

Yorumlar