İnterpol terrorçuluqda təqsirləndirilən 4 iranlı barədə həbs qərarı çıxarıb

İnterpol İsrailin Hindistandakı səfirliyinin qarşısında avtomobilə bomba yerləşdirməkdə təqsirləndirilən 4 iranlı barədə həbs qərarı çıxarıb.
İnterpol dünyanın 109 ölkəsindən Məhəmmədrza Qasımi, Hüseyin Əfşar İrani, Seyidəli Mehdiyan Sədr və Məsud Sədaqətzadənin həbsini istəyib. Bu şəxslərin fotoları İnterpolun saytında yerləşdirilib. Bu barədə APA “əl-Ərəbiyyə” saytına istinadən məlumat yayıb. Qeyd edək ki, bir israilli diplomatın yaralandığı partlayışda İsrail İranı günahlandırıb. Hadisədən sonra Hindistan hökuməti İsrail diplomatına qarşı terror əməliyyatı törədən İran vətəndaşlarının həbsi üçün İnterpola müraciət etmişdi. N.S

Yorumlar