GünAz TV: İran Ermənistanla birlikdə Nurduz sərhəd zonasında (məntəqə) beynəlxalq vəhşi təbiət parkı təsis edəcək.
Bunu İranın Araz azad iqtisadi zonasının rəhbəri Sadiq Nəcəfi deyib.
Nəcəfi bildirib ki, bu layihə bölgədəki vəhşi təbiəti tanıtmaq məqsədi ilə həyata keçiriləcək. "Layihənin icrasına yaxın gələcəkdə başlanılacaq. İran və Ermənistan ərazisində təsis olunacaq vəhşi təbiət parkında bitkilər və heyvanlar saxlanılacaq", - Nəcəfi deyib. bu barədə İRNA agentliyi məlumat verir.
Artıq İranın Ekologiya və Ətraf Mühitin Qorunması Təşkilatı və Araz azad iqtisadi zonasının nümayəndələri parkın salınacağı əraziyə baxış keçiriblər. N.S
Yorumlar