"MTN əməkdaşlarına ali hərbi rütbələr verilib"

Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında
sərəncam imzalayıb. ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Çovdarov Akif Teymurxan oğlu, Maddi-texniki Təminat Baş İdarəsinin rəisi Həmidov Nizaməddin Baba oğlu və Monitorinq Mərkəzinin rəisi Quliyev Teymur Rəcəb oğluna general-mayor ali hərbi rütbəsi verilib.

Yorumlar