"RECCEB TAYYIB ERDOGAN IRANA SEFERI ZAMANI DUNEN MESHHED SHEHERINDE XOMEYNI ILE GORUSHUB!

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün günortadan sonra Məşhəd şəhərində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi ilə görüşüb.Görüş İranda əsas dini ocaqlardan biri sayılan İmam Rzanın qəbrinin ziyarətgahında “İmam Rza Hərəmi”ndə baş tutub. R.T.Ərdoğanı və Türkiyədən gələn nümayəndə heyətini İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi müşayiət edib. Müxtəlif mövzuların müzakirə olunduğu iki saatlıq görüşdən sonra Türkiyə heyəti Tehrana qayıdıb. Görüş haqqında mətbuata açıqlama verilməsə də, qarşılıqlı səmimi söhbət aparıldığı qeyd olunub.

Yorumlar