Ötən gün sonuncu qarşıdurmada azı 15 nəfər öldürülüb
Suriyada vəziyyət gərgin olaraq qalır. Yerli koordinasiya komitəsindən verilən məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş vermiş sonuncu qarşıdurmada azı 15 nəfər öldürülüb. Onların əsasən, paytaxt Dəməşqdə, Homs və idlib şəhərlərində gedən döyüşlərdə öldürüldüyü bildirilir. Fəallar həmçinin, cümə namazından sonra keçirlən nümayişlərdə təhlükəsizlik qüvvələrinin onlara atəş açdığını qeyd ediblər. Məlumata görə, nümayişlərdə Ərəb Liqasının Bağdadda qəbul etdiyi qətnaməyə qarşı etirazlar şüarları səsləndirilib.
Homs şəhərində çəkilmiş həvəskar kadrlarda ağır artilleriyadan endirilən zərbələrin izləri nümayiş etdirilib. Xalidiyə qəsəbəsində isə məscidlərdən birinin yanından tüstü qalxması görüntüləri yayımlanıb. Əhali videoçəkilişlər vasitəsilə "haradasız, ərəblər, bizi hər gün raket atəşinə tuturlar" - deyə yalvarıblar.
BMT-nin hesablamarına görə, Suriyada ötən ilin mart ayından etibarən başlayan iğtişaşlarda 9000-dən çox insan öldürülüb. Müxalifət isə yüzlərlə insanın həbs edilərək işgəncələrə məruz qaldığını qeyd edir.
Yorumlar