cbari təhsillə bağlı müzakirələrdə MHP və AK deputatlarının sözü çəp gəlib
Türkiyə Böyük Millət Məclisinin baş assambleyasında 12 illik icbari təhsil haqqında qanun layihəsinin müzakirəsi zamanı dava baş verib. Dava Millətçi Hərəkat Partiyasının İstanbul üzrə millət vəkili Cəlal Adan və hakim Ədalət və İnkişaf Partiyasının Elazığ üzrə deputatı Zülfü Dəmirbağ arasında olub. Qarşıdurmaya səbəb isə "İbtidai və orta təhsil haqqında qanuna dəyişiklər" haqqında layihə ilə bağlı çıxış edən Cəlal Adanın "sizin ayaqlarınız titrədiyi günlərdə - 28 fevralda biz dik durduq" sözünə Zülfü Dəmirbağın sərt reaksiya verməsi olub. İki millət vəkili arasında başlayan davaya digər millət vəkilləri də qoşulub.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sadık Yakut yaşanan gərginlik səbəbindən müzakirələrə 15 dəqiqə ara verməli olub.
Yorumlar