"URMU GOLU QURUYUR! DAYANDIRIN BU OLUM OYUNUNU! DEYE ALEME SES SALAN OXTAY TEBRIZLI BELE SOYLEYIR!
Urmu Gölü "dünyanın ən Böyük XX.ci gölü", "dünyanın ikinci ən Böyük duzlu Gölü", "Artemiaların ən Böyük təbiyi yaşayış yeri", ən Böyük daxili göl" və "Batı Asiyanın ən Böyük daimi gölü" 483 min hektar sahayla ölümlə üz üzü olaraq qurtuluşa yardım diləyir.
İndiki zaman təbiəti qorumaqdan daha önəmli, insanların qurtuluşudur. Boydan altı metr azalma, gölün çevrəsinin yüzdə altmış duz çölünə dönməsi, su şorluğunun çoxalması litrdə 200-220 g dən 340-360 g ə çatması, 250 min hektar gölün qıraqda olan yerlərinin şorluq yrlere dönüşməsi, urmu Artemiaların nufusunun yaxlaşıq 0 çatması və bunların birlikdə ölümləridir. bu
Artemialar dünyada olan 7 çeşit Artemiadan biri sayılırlar. Burda yumurtlayan Pelikan ilə flamingoların ölümü, sarı ceyran, qoç və yerli dişi qoyunların aradan getmə təhlikəsi, Yerli göyərəntilik potansiyelin yox olması…. Bunlara insanı etkileri də artırın: on mılyard ton duzun göyə dağılması. Bu duz yeli qonşu ustanları da altına alacaq. Bu ustanlardan biri zəngan dır. Bu duzlu yel zənganda çoxlu etki qoyacaq özəlliklə bəyənilməyən önəmli toplumsal,iqtisadı və kültürəl davranışlar, milyonlarca insanın işsizligi, sürgün və didərgin olmasına yol açacaq.
Gölün 102 adası var. keçən on ildə neçə min hektar bunun genişligi yığılırkən xətərli şoralıq bir yerə dönüşüb. Uzmanların dedigi ilə çevrə baxanlğının ön görüsüylə bu göl üzümüzə gələn 5 il içində quruyub bitəcək. bu quruluqla 14 milyon insanın yaşamı təhlikədə olacaq. Indi də bu xətər bilinir. qonşu ölkələr də bu faciədən etkisiz qalmayacaqlar. Qonşu ölkələrdə qıtlıq, havanın sağlamsızlığı, əkinçilik yerlərin yox olmasına nədən olacaq.
Urmu gölünün zist muhiti bohranının iki neden var. birinci doğal nədənlər örnək: “ardıcıl qıtlıqlar”.
Ikinci insansal nədənlər örnək: “şəhid kəlantəri otubanının salınması” ( buna görə gölün yüzdə səksan suyunun topraqla qurutmasıdır. Bu topraq tökümü 12 km uzunluğla gölün su dolanmamazlığına neden oldu.) “Çoxlu sədlərin salınması” (Bu gölün su yolunda indiyə kimi 35 səd salınıb 10 dənəsi də salınmaq üzrədir. Toplam 45 səd olur.)
“sayısız quyu qazmaları, gölün yer altı sularının boşaldılması” (Urmu gölünün talabında imranı işlərin görülməsi burda talabdan düzgün yararlanmaya qarşı işlərin olmasından bir örnəkdir.
Stokholm Bəyannaməsinin 21.ci maddəsinə görə, ölkənin ətraf mühitin mühafizəsi Əsas məsuliyyət o ölkəyə ayddır. amma məclisin mohit zist fraksiyonunun üyəsi deyir: urmu gölünün qurtuluşuna buddcə ön görülməmişdir. (Fars News - Beşinci Shahrivar 1390)(2011.09.27)
İndiyə qədər heç bir ciddi iş Urmu Gölünü saxlaması üçün görülməsədə, Mohit zisti qoruma qaydaları bəşərin genəl vicdanında kök salması bir gərçəkdir.
zist Muhiti bütün dünya ölkələrinə ayıddır. Bu mirası ən düzgün şəkildə Gələcək nəsillərə yetirməliyik.
uzmanların baxışına görə Insansal iqdamların düzgün olub olmaması ayrı bir danışıq istər.
Bu gölün quruma nədəni nə olursa quruyandan sonar işə yaramayacağı bəlli dir.
Bu nədənlərin arayıb tapması uzmanların görəvi olacaq. Ancaq önəmlisi urmu gölünün qurumamazlığı için uzmanlığla düzgün işlərin tezliklə görülməsidir. Bu gölün qurtuluşu ilə bölgənin yaşamı və 14 milyon insanın yaşamı qurtulacaqdır.
Biz millətimizi, əkinçilik yerlərimizi, çevrəmizi və gölümüzün sevməsini elan edərək onun qurtuluşuna çalışacayıq. Bu fakir yaşamların xətərdə olmasını görən, budunn düşüncəsindən asılıdır. Əkin yerlərinin yox olması, duzlu yağış, çevrənin pozulması, millətin sürgün olması … bunlar hamısı urmu gölünün aradan getməsilə yaranır. Bu ölkənin içində olan ən böyük göl yerini duz çölünə buraxmaqdadır.
Bu gölün qurtuluşuna çeşitli fikirli insanlar, sinirsiz ölkələr, yardım edə bilərlər. özəl insanlara bağlı olmayan bir qurtuluşdur. Butun insansal duyğulu adamları, özəlliklə zəngan millətini yardımına çağırır. Bütün dövlət adamları bu qonuyu düzgün anlayıb, onunla ilgili uyğun işlərin görülməsini düşünməlidirlər.
Uluslararası çevrə və qoruma baxanlıqları, unesko qurumu və UNEP insane haqları sivil toplumlar bacara bilərlər bu bölgənin insanlarına yardım edələr. bu qonuya görə dünyanın hər yerindən yararlı işlər görülə bilər. bu bölgədə yaşayan insanların işsiz olmaması, qıtlıq görməməsi və başqa fəlakətlərlə üz üzə gəlməsinin önün almaq için çalışmalıyıq. Iş bitməmiş. Qoymayın aral gölünün alın yazısı urmu gölünə duyunlənsin. əl ələ verərək urmu gölünün qurtuluşuna çalışaq.
MUELLIF: OXTAY TEBRIZLI
OXTAY TEBRIZLININ SESINE SES VERILECEKMI?! GORESEN NE QEDER INSAN ONUN HAQQ SESINE SES VERECEK VE GUNEY AZARBAYCANLILARIN MUDAFIESINE QALXACAQ???!!!
Yorumlar