AMERIKADA AZƏRBAYCANLILAR VƏ TÜRKIYƏLILƏR ERMƏNILƏRƏ QARŞI SƏFIRLIYI QORUDULAR

Amerikada yaşayan azərbaycanlılar və türkiyəlilər Türkiyənin Vaşinqtondakı səfirliyinin önündə aksiya keçiriblər............................
“Anadolu” agentliyinin verdiyi bilgiyə görə, onların əsas məqsədi ermənilərin uydurma “soyqırım”ın ildönümü münasibətilə səfirlik binasının qarşısına toplaşmasını əngəlləmək olub. Aksiyaya qatılanların əllərində Türkiyə, Azərbaycan və ABŞ bayraqları ilə yanaşı, Atatürkün portreti, ermənilərin türklərə qarşı törətdikləri işgəncələri və Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoları olub. Əraziyə yaxınlaşan ermənilər isə Türkiyə prezidenti Abdulla Gülə qarşı təhqirlərin əks olunduğu, eləcə də ABŞ prezidenti Barak Obamadan 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasına dair verdiyi sözü tutması tələb edilən şüar və plakatlar daşıyıblar. Polisin nəzarətində keçən hər iki aksiya insidentsiz ötüşüb. Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan aksiyadan sonra Türkiyə və Azərbaycan qruplarını səfirliyə çağıraraq onlara təşəkkürünü bildirib. Səfir bəyan edib ki, Türkiyə öz tarixi ilə qürur duyur.

Yorumlar