BENI QANTZ: BU IL, İRAN ÜÇÜN HƏYATI ƏHƏMIYYƏT DAŞIYIR

“İrana qarşı beynəlxalq təzyiqlər artıq öz bəhrəsini verməyə başlayıb, Ona görə də bu ölkənin ali dini lideri, molla Seyid Əli Xamneyinin nüvə silahı istehsal etmək məsələsində son qərarını vermədiyini düşünürəm, Hətta belə bir addım atacağını da düşünmürəm”.................................
Bu fikirləri İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Beni Qantz “Haaretz” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu il İran üçün həyati əhəmiyyət daşıyır: “Bu il artıq bir şey olması lazımdır. Ya İran nüvə proqramından tamamilə sülh məqsədləri üçün istifadə edəcək, ya da dünya ictimaiyyəti, bəlkə biz də daxil olmala bir şeylər etmək məcburiyyətində qalacağıq. Artıq bu məsələnin ortalarında deyil, sonlarında bir yerlərdəyik”. B. Qantz İranın nüvə obyektlərinin bombardmana dayanıqlı olmadığını və bunun da İranın nüvə proqramının zəifliyi olduğunu deyib. O, İranın nüvə silahı istehsal etməyəcəyi düşüncəsində olmasına baxmayaraq vurğulayıb ki, bir əsgər hər ehtimala qarşı hazır vəziyyətdə dayanmaq məcburiyyətindədir: “Bütün silahlarımızı istifadə etməyə hazırlıqlıyam. İqtidara sadəcə cəsur və çətin qərarlar almaq düşür”.

Yorumlar