FARSLAR IŞQALÇILIQ SIYASƏTLƏRINI BMT-YƏ APARDILAR

İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzayi Təhlükəsizlik Şurasına ölkənin üç adası ilə bağlı məktub yazıb...............................
İranla Birləşmiş Ərəb Əmirlikləri arasında ixtilafa səbəb olan mübahisəli üç ada İrana məxsusdur: “Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları həmişə İranın ayrılmaz hissəsi olub. Prezident Mahmud Əhmədinejadın isə Əbu Musa adasına səfəri ölkənin ərazi bütövlüyü çərçivəsində həyata keçirilib”. Məktubda Səudiyyə Ərəbistanının və bölgənin digər ərəb ölkələrinin rəsmi sənədlərdə ərəb körfəzi yerinə Ərəb körfəzi termini işlətməsinə də etiraz bildirilib: “İranla Ərəbistan yarımadası arasındakı bu su hövzəsinin yeganə tarixi və düzgün adı Ərəb yox ! Fars körfəzidir. Bu, dünyada və BMT-də tanınmış rəsmi bir addır. Bu adın yerinə hər hansı qondarma və saxta bir adın işlənməsi qəbuledilməzdir, siyasi və hüquqi baxımdan əsassızdır”.diyə işqalçi rejiminin nimayendesi diyib Aprelin 11-də İran diylən yerin Hormozqan əyalətinə səfər edən Əhmədinejad həmin gün Əbu Musa adasına da gedərək yerli əhali ilə görüşüb. Aprelin 17-də Qətərin paytaxtı Dohada bir araya gələn Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və Oman) xarici işlər nazirləri birgə bəyanat yayaraq İran prezidenti Mahmud Əhmədinejadın Əbu Musa adasına səfərini pisləyib. İran körfəzindəki Əbu Musa, Kiçik Tonb(əsğər ) və Böyük Tonb (Əkbər)adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İran hökumətinin nəzarətinə verilib. Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələni Beynəlxalq Haaqa Məhkəməsində qaldıracağını bildirir.

Yorumlar