Fransada seçkiqabağı təşviqat kampaniyası davam edir

Sosialist namizəd Fransua Oland ötən gün yenidən tərəfdarları ilə görüşüb........................................
Fransada prezident seçkilərinin ikinci mərhələsinə bir həftə qalmış namizədlər təşviqat kampaniyalarını davam etdirir. Seçkilərin birinci mərhələsində qalib gəlmiş sosialist namizəd Fransua Oland ötən gün yenidən tərəfdarları ilə görüşüb. Görüş zamanı Oland bildirib ki, seçkilərdə əldə edilən qələbə təkcə onun deyil bütün Fransanın qələbəsi olacaq. "Artıq bir aydır ki, bütün Avropanın gözü Fransadadır. Hamı seçkilərin hansı istiqamətdə yönələcəyini gözləyir. Ölkə rəhbəri olan şəxsin hər şeydən əvvəl rəhbərlikdən anlayışı olmalıdır. Mən dövləti xalq qaytaracağıma söz verirəm. Beş ildir ki, ölkə rəhbəri var olsa da, dövlət mövcud deyildi. Bu dəyişməlidir və bunun dəyişəcəm", - deyə Oland sözlərini ifadə edib. Onu da qeyd edək ki, ictimai rəyə əsasən, Olandın növbəti mərhələdə də qalib gələcəyi proqnozlaşdırılır.

Yorumlar