İran Ermənistanla əlaqələrini genişləndirir

Tehranda Əhmədinejad-Nalbandyan görüşü baş tutub.......................................
İranda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu ölkənin prezidenti Mahmud Əhmədinejadla görüşüb. Əhmədinejad və Nalbandyan arasındakı müzakirələrdə iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinə geniş yer verilib. Qeyd edək ki, İran və Ermənistan keçmişdə bu sahədə milyonlarla dollarlıq layihələr, o cümlədən sənaye sahəsində bir neçə layihə həyata keçirib. Dini və ideoloji fərqlərə baxmayaraq, hər iki ölkə təcrid olunduğu üçün bir-biri ilə yaxın münasibətlər qurmağa təşəbbüs göstərir. İranda yaşayan xristian erməni icması rəsmi şəkildə tanınır.

Yorumlar