İRANDAN SURIYAYA GÖNDƏRILƏN GƏMIDƏ 313 TON PARTLAYICI MADDƏ TAPILIB

İrandan Suriyaya göndərilən və Türkiyə ərazisində saxlanan gəmidəki yüklər bu gün boşaldılaraq yoxlanılmağa başlanılıb..........................
“haberturk.com” saytının verdiyi bilgiyə görə, Suriyaya silah daşıması ilə bağlı iddia ilə əlaqədar aprelin 18-də Tarsus limanı yaxınlığında saxlanılan və Türkiyənin İskəndərun limana gətirilən “Atlantic Gruiser” gəmisinin kapitanı bildirib ki, gəmidə Türkiyədəki 6 firma üçün və mülki məqsədlə istifadə edilmək üçün nəzərdə tutulan 313 ton partlayıcı maddə, fitil, kapsul, Rusiyaya aparılacaq 68 ton avadanlıq, Xorvatiyaya aparılmalı olan 31 ton mülki məqsəd üçün nəzərdə partlayıcı maddə, Suriyanın Tartus limanında boşaldılması planlaşdırılan 945 tonluq elektrik stansiyası avadanlığı və generator olub. Gəmidəki bütün yüklər artıq İskəndərun limanına boşaldılıb. Hələ ki, mütəxəssislər gəmidə bəyan edilən mallardan başqa bir mala rast gəlinmədiyini bildirirlər. Araşdırılmış malların yenidən “Atlantic Gruiser” gəmisinə yüklənməsi üçün gəminin sahibi olan şirkətlə müzakirə aparılıb. Araşdırma tam başa çatandan sonra bütün malların yenidən gəmiyə yüklənəcəyi bildirilib.

Yorumlar