İSRAILIN XARICI IŞLƏR NAZIRI: AZƏRBAYCAN PREZIDENTI ILƏ İRANLA BAĞLI MƏSƏLƏNI MÜZAKIRƏ ETDIK

“Azərbaycanla İsrail arasında münasibətlər son dərəcə yaxşı qurulub. Bizim qarşılıqlı etimada söykənən, səmərəli münasibətlərimiz var”......................................
APA-nın verdiyi bilgiyə görə, bu fikirləri Bakıda səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Liberman söyləyib. XİN başçısı ölkələr arasında yüksək səviyyəli siyasi əlaqələrin olduğunu, iqtisadi əlaqələrin inkişaf etdiyini deyib: “Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollara çatıb. Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim. Görüşlərdə beynəlxalq siyasətin bütün spektri, regional məsələlər, o cümlədən İranla bağlı məsələ müzakirə olundu. Azərbaycan beynəlxalq arenada özünəməxsus yerə malikdir, ölkəniz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, “Eurovision” kimi nüfuzlu müsabiqəyə ev sahibliyi edir”.

Yorumlar