Ötən gün paytaxt Moskvada baş tutan aksiyaya onlarla müxalifət tərəfdarı qatılıb..........................................
Rusiyada sonuncu prezident seçkilərində qalib gələn Vladimir Putinin andiçmə mərasiminə az bir müddət qalmış müxalifətin hökumət əleyhinə etiraz aksiyaları artmağa başlayıb. Ötən gün paytaxt Moskvada baş tutan aksiyaya onlarla müxalifət tərəfdarı qatılıb.
Aksiya iştrakçıları Müqəddəs İsa kilsəsi qarşısında toplanaraq Putin əleyhinə şuarlar səsləndiriblər və onun hakimiyyəti tərk etməsi üçün kilsədə dualar oxumağa cəhd ediblər. Lakin radikal Ortdodoks qrupları aksiya iştrakçılarının bu istəyinə əngəl olub.
Kilsə qarşısında canlı sədd quran qrup üzvləri ilə etirazçılar arsında gərgin anlar yaşanıb. Qarşıdurma zamanı iki nəfər etirazçı həbs edilib. Onu da qeyd edək ki, müxalifət may ayının 6-sına növbəti kütləvi etiraz aksiyası planlaşdırdığını bildirib.
Yorumlar