Keçmiş Liviya rejiminin ona 500 milyon avroluq maliyyə dəstəyi verdiyi üzə çıxıb......................................
İnternetdə 2007-ci ildə Fransada Nikola Sarkozinin seçki kampaniyasının keçmiş Liviya lideri Müammər Qəddafi tərəfindən maliyyələşdirməsinə dair sübutlar yayılıb. “Rossiya 24” kanalınin yaydigi məlumata görə, Fransanın “Mediapar” agentliyi bununla bağlı məktubu yayıb. Məktubda Liviyanın keçmiş xarici işlər naziri Musa Kusa bildirir ki, Nikola Sarekzinin seçki kampaniyasına 500 milyon avroluq dəstək verilməsi ilə bağlı prinsipial razılıq əldə olunub.
Xatırladaq ki, Fransa Liviyaya qarşı beynəlxalq hərbi kampaniyanı dəstəklədikdən sonra Liviyanın keçmiş hakimiyyəti dəfələrlə Nikola Sarkozidən pulları geri qaytarmağı tələb edib. Fransa prezidenti isə hər dəfə bəyan edirdi ki, liviyalılardan pul almayıb.
Yorumlar