Suriyada prezident Bəşər Əsədə sadiq ordu bölmələrinin zorakılığını görüntüləyən bir müxalifətçi diri-diri basdırılıb. Müxalifətçinin diri-diri basdırıldığı görüntü “Youtube” saytında yayımlanıb. Görüntüdə üzü bağlı olduğu üçün kimliyi müəyyənləşdirilməyən gəncin Hums yaxınlığındakı El Kuseyir şəhərinin sakini olduğu bildirilir. Məlumatlara görə, həmin gənc hərbi əməliyyatlar zamanı çəkilişlər apararaq görüntüləri “Əl-Cəzirə” və “Əl-Ərəbiyə” telekanallarına göndərirmiş.
Bu arada Hamanın cənubundakı Maşa əl-Tayyar məhəlləsində güclü partlayış baş verib. Müxaliflər partlayışın artilleriya zərbəsi nəticəsində baş verdiyi və 70 nəfərin öldüyünü bildiriblər. Suriya hökuməti isə partlayışın silahlı terrorçu qrupların bomba hazırlayarkən baş verdiyi və 16 nəfərin öldüyü barədə xəbər yayıb.
Yorumlar