Ukraynanın sabiq baş nazirinin döyülməsi Almaniyada etirazlara səbəb olub........................................
Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun döyülməsi ətrafında yaranmış qalmaqal Almaniyanı iki cəbhəyə bölüb. Almaniya prezidenti İoahim Qauk buna etiraz əlaməti olaraq, Ukraynaya səfərini təxirə saldıqdan sonra almanlar kansler Anqela Merkelin də Ukraynada keçiriləcək «Avro-2012»nin matçlarını boykot edəcəyini gözləyir. Almanların digər hissəsi isə hesab edir ki, böhran dövründə futbol üzrə Avropa çempionatı Ukrayna iqtisadiyyatı üçün ciddi dəstək ola bilər.
Qeyd edək ki, Yuliya Timoşenko döyülməsinə etiraz olaraq, artıq 10-cu gündür aclıq edir. Yerli kütləvi-informasiya vasitələrində keçmiş baş nazirin bədənində qançırların göründüyü şəkillər yayılıb.
Almaniya kansleri Anqela Merkel Ukraynaya Timoşenkonu müalicə üçün Almanyaya göndərməyi təklif edib. Ukraynanın Regionlar Partiyasının bir sıra deputatları isə Almaniya kanslerini ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edib.
Yorumlar