“Türkiyə və Azərbaycan ABŞ-ın ən qiymətli müttəfiqləridir“

ABŞ vitse-prezidenti Türkiyə və Azərbaycan cəmiyyətləri ilə görüşüb.......................................
ABŞ-ın vitse-prezidenti Co Bayden 200-dən çox Türkiyə və Azərbaycan cəmiyyətləri təmsilşiləri ilə görüşüb. ABŞ-ın Türkiyə və Azərbaycanla əlaqələrində olduqca ciddi davrandığını və iki ölkənin ABŞ-ın ən qiymətli, ən qürur duyduğu müttəfiqlərindən olduğunu söyləyib. Publika.Az-ın Türkiyə saytlarına istinadla verdiyi məlumatına görə, Bayden sözünü belə davam etdirib: "Prezident Obama kimi mən də avropalı müttəfiqlərimizdən bəzilərini Türkiyəni iqtisadi birliyə tam üzv kimi, Türkiyəni Avropanın bir hissəsi kimi qəbul etmədikləri üçün daim tənqid edirəm". Vitse-perzident Türkiyəni bir giriş qapısı, Şərqlə Qərb arasında bir körpü kimi dəyərləndirib. Onun fikrincə,Türkiyənin bənzərsiz təsiri var. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla Suriya mövzusunda eyni mövqedən çıxış etdiklərini, Türkiyənin bütün bölgəyə liderlik etməsini arzuladıqlarını vurğulayan Bayden deyib: "Kimsə "Ərəb baharı"nın gələcəkdə qışa çevrilib-çevrilməyəcəyini bilmir. Kimsə nə olacağını deyə bilməz. Ancaq Türkiyə rəhbərliyiylə işbirliyində heç bir şey dəyişməyəcəyi bəllidir". Bayden Türkiyənin inanılmaz bir model kimi dəyərləndurib: "Türkiyə islami bir xalqa, islami bir dövlətə və demokratiyaya sahib olan bir modelidir".

Yorumlar