Səid Mətinpur — məşhur jurnalist. Güney Azərbaycanda Türk millətinin haqları uğrunda durmadan çalışmış aktivist.................................................
Güney Azərbaycanlı insan haqları fəalı və jurnalist Səid Mətinpur səkkiz illik həbsə məhküm olmuş, Evin həbsxanasında saxlanılır. Mətinpurun ciddi sağlıq sorunları var. O mədə sorunları ilə yanaşı ciddi sağlamlıq problemləri vardır, mədə qan axması, bel ağrısı, ürək xəstəliyi və ciddi başağrıları. Baxmayaraq ki, sağlamlıq durumu sürətlə pisləşir, onun həkimə getməsinin önünü alırlar. 2007- ci ilin May ayında, Səid Mətinpur Zəngan-da həbs edildi. O, 278 gün təkadamlıq kamerada saxlanlandıq və işkəncələrə məruz qaldıqdan sonra 5 milyard Rial (500 000 $) girovla müvəqqəti olaraq azad edildi. Səid bəyi, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. Səid Mətinpur, Məhkəmədə tutuqlanaraq bir başa Evin Həbsxanasına göndərilmişdir. Amnesty İnternational inanır ki, Səid Mətinpuru vicdan dustağı və onun saxlanma səbəbini məhz İrandakı Azərbaycanlıların uğrunda apardığı dinc çalışmalardan ötəri olduğunu bildirmişdir. Səid Mətinpur öncələr də yaxalanmışdır və bu da yetgililərin Azərbaycan Türkcəsində eyitimin qadağan etməsinə qarşı durmaqdan irəli gəlmişdi. Səid Mətinpur İran Azərbaycanlılarının dil və mədəni haqlarının qahmar çıxanıdır (advocate). Eləcə də Mərdüm-i-növ və başqa yerli dərgilərdə yayımladığı məqalələrdə İran yetgililərinin Azərbaycan azlığına qarşı yürütdükəri basqını tənqid etmişdir. Səid Mətinpur vaxtı ilə Tehran bilimyurdunda Fəlsəfə üzrə təhsil almış."Yarpaq", "moc-e- bidari"(oyanış dalğası) kimi həftəliklərin redaksiya heyətində olmuşdur.
Yorumlar