“İran türkləri Azərbaycana birləşməyi arzulayır” - “Nyu-York Tayms“

“Nyu-York Tayms“ gəzetinin bu günkü sayında Nicholas Kristofun „In Iran, They Want Fun, Fun, Fun“ (İranda əylənmək... istəyirlər) başlıqlı yazıda maraqlı məqamlar var....................................... Müəllif qeyd edir ki, Qərbdə səhv olaraq belə fikirləşirlər ki, İran əhalisi dini fanatizmə yoluxub. “İran əhalisinin yarıdan çoxu 25 yaşdan aşağıdır. İran təhsilin səviyyəsin yüksəltmək üçün çox iş görüb.1.700 mildən (1,609 km-ə bərabər uzunluq vahidi.E.H) artıq yol qət edərək İran ərazisini qarış-qarış gəzdim. Əhalinin əhəmiyyətli hissəsi Amerika dəyərlərini bölüşür, əyləncəyə fanatizimdən artıq maraq göstərirlər“. Müəllif 2009-cu ildə İranda baş vermiş etiraz aksiyalarına görə həbsə atılmış, polislər tərəfindən döyülərək dişləri sındırılmış 23 yaşlı gənclə söhbət edib. Dəyişikliklərə ümidi qalmayan bu gənc başqaları kimi ölkəni tərk etməyə can atır... Müəllif yazır ki, ABŞ Pakistan, Əfqanistan və Misir kimi ölkələrə külli miqdarda maddi dəstək versə də bu ölkələrdə Amerikaya nifrət edirlər: “Amma İrana gəldim, burada mənə hədiyyələr verilər“... Yazıda deyilir ki, İran əhalisinin İnternetə və çanaq antenalarına ciddi maraq göstərdiyini vurğulayır. Ölkə yeniliyə can atır. Yeniliyə can atan insanlar rəsmi təbliğata baxmayaraq Amerikanın müttəfiqləridirlər... Məqalədə daha çox diqqət cəkən məqam İranda yaşayan türklərlə bağlıdır: “Ölkənin cənub-qərbində yaşayan etnik türklər ümidsizlikdən qurtulmaq üçün İrandan ayrılaraq ərazilərinin Azərbaycana birləşməsini arzulayırlar. Təbrizdəki futbol matçlarında azarkeşlər ölkənin parcalanmasına çağırışlar edirlər“.

Yorumlar