ŞOK: Rusiya cəbhə xəttinə savaş təyyarələrini göndərir?

Rusiyalı general İqor Qorbul Azərbaycan-Ermənistan sərhədinə müharibə təyyarələrinin göndəriləcəyi ilə bağlı açıqlama verib. Son dövlərdə Azərbaycanla Ermənistanın cəbhə xəttində gərginlik davam edir, atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ümumilikdə 8 əsgər həlak olub. ANN.Az-ın verdiyi xəbərə görə, Rus ordusunun rəsmisi İqor Qorbul “İnterfax” agentliyinə açıqlamasında bildirib ki, gərginliyi azaltmaq üçün Rusiyanın Ermənistandakı hərbi bazalarındakı müharibə təyyarələri havaya qalxacaq. Qeyd edək ki, keçən həftə atəşkəsin pozulması nəticəsində Azərbaycanın 5, Ermənistanın isə 3 əsgəri həlak olmuşdu. Rusiya, Fransa, ABŞ və digər ölkələr Azərbycanla Ermənistan arasında atəşkəsə əməl edilməsi barədə təcili xəbərdarlıq etmişdilər. Xarici mətbuatın yazdığına görə, Rusiya tərəfi toqquşmalara müdaxilə edə bilər. 300 təlim uçuşu! Cari ilin əvvəlindən etibarən Ermənistanda Cənub hərbi dairəsi üzrə Rusiya hərbi bazasının tərkibindəki aviasiya hissəsinin hər bir pilotunun orta hesabla uçuşu ötən ilin analoji dövrü ilə müqayisədə 20 faizdən çox artıb, yay mövsümündə xidmət edən heyət artıq 300 təlim uçuşu həyata keçirib. Trend-in “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Cənub hərbi dairəsinin mətbuat xidməti xəbər verib. Məlumatda qeyd edilir ki, Ermənistanda dislokasiya edilmiş 102-ci Rusiya hərbi bazasının tərkibindəki aviasiya hissəsinin hərbçiləri MDB iştirakçı dövlətlərinin hava hücumundan müdafiə üzrə birgə sistemdə hərbi növbəni çəkməkdə davam edir. Hazırda birgə sistemdə intensiv hərbi hazırlıq gedir. “Cari ilin əvvəlindən “MiQ-29″ qırıcı təyyarələrinin pilotları heyətlərin fərdi hazırlığı çərçivəsində 500-8000 metr diapazon yüksəkliyində və 300-800 kilometr sürətlə 200-dən artıq manevrli təlim hava döyüşü keçiriblər”, – mətbuat xidmətindən bildiriblər. Pilotaj elementlərinin yerinə yetririlməsində əsas yer onların real hava döyüşündə tətbiqinə verilir. “Dağlarda uçuşların yerinə yetirilməsi zamanı yerdən mürəkkəb radiotexniki idarəetmə heyətdə sərbəst qərar qəbul etmək vərdişlərini inkişaf etdirir”, – məlumatda deyilir.

Yorumlar