Cəbhə xəttində gərginlik davam edir

Ermənistan ordusu mövqelərimizi intensiv atəşə tutur............................................. Cəbhə xəttində gərginlik hələ də davam edir. Tovuz rayonunun Əlibəyli kənd sakinlərinin ANS TV-nin Qazax bürosuna verdiyi məlumata görə, Ermənistan ordusu Əlibəyli kəndini və üzbə-üz mövqelərimizi intensiv atəşə tutur. Kənd sakinlərinin dediyinə görə, atışma hazırda da davam edir. Xatırladaq ki, Ermənistan silahlı qüvvələri ötən gün də Tovuzun Əlibəyli kəndini intensiv atəşə məruz qoymuşdu. Ermənistan ordusu cəbhənin Goranboy istiqamətində də atəşkəsi pozub. ANS TV-nin Qarabağ bürosundan verilən məlumata görə, qarşı tərəf saat 19.00 radələrindən etibarən rayonun Tapqaraqpoyunlu kəndini 1 saata intensiv atəşə tutub. Nəticədə sakinlərə məxsus 15 evin dam örtüyünə ziyan dəyib.

Yorumlar