ABŞ-ın Hava Qüvvələri naziri Maykl Donli dünyanın ən böyük konvansional bombasını istehsal etdiklərini açıqlayıb.....................................
ANN.Az-ın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bir müddət öncə Amerikanın hərbi dairələri bu bombanın İran və Şimali Koreya kimi dövlətlərə qarşı hazırlandığını mətbuata sızdırmışdılar.
Donli sınağı uzun illər çəkən və dərin bunkerləri deşmək məqsədiylə hazırlanan bombanın istifadəyə hazır olduğunu deyib.
İstifadəyə hazır olması üçün 300 milyon dollar xərclənən və “MOP” (Massive Ordnance Penetrator) adlandırılan bomba yerin 60 metr dərinliyinə girərək, orada partlayır.
Əvvəlki bu tip bombalardan 6 dəfə ağır olan silah 2 ton partlayıcı daşımaq iqtidarındadır.
Hərbi dairələr ABŞ-ın bu silahı İrana və Şimali Koreyaya qarşı hazırladığını bildirirlər.
Yorumlar