Konqres Əsəd rejiminə dəstək verdiyi üçün Moskvaya sanksiya tətbiq etdi..............................
Suriyada Bəşər Əsəd rejimi ilə müxaliflər arasında qarşıdurmaların şiddətlənməsinə baxmayaraq Rusiya və Çinin veto qoyması səbəbindən BMT Təhlükəsizlik Şurası Dəməşqə yönəlik sart sanksiyalar paketini qəbul edə bilmir. Qərb ölkələrinin Suriyaya sanksiyaları nəzərdə tutan layihəsini növbəti dəfə BMT TŞ-da Rusiya və Çin tərəfindən rədd edilməsi ABŞ-ı hərəkətə gətirib.
Xüsusilə, Rusiyanın Bəşər Əsədə verdiyi dəstək uzun zaman idiki, ABŞ-ın ciddi etirazıyla qarşılanırdı. Vaşinqton Rusiyanın yola gəlməyəcəyinə əmin olduğu üçün sərt addım atmağa qərar verib. ABŞ Konqresinin demokrat üzvü Cim Moran tərəfindən hazırlanan Rusiya ilə silah ticarətini təxirə salan qanun layihəsi qanunverici orqanda qəbul olunub. Layihə ABŞ Müdafiə Nazirliyinin Rusiya silah istehsal edən şirkəti “Rosoboronexport”la ticarət etməsini qadağanı nəzərdə tutur. ABŞ Konqresində qəbul olunan layihənin icrası üçün sənəd Senat tərəfindən də dəstəklənməlidir.
Xatırladaq ki, iyulun əvvəllərində Parisdə keçirilən “Suriyanın dostları” qrupunun toplantısında ABŞ dövlət katibi Hillari Klinton Bəşər Əsəd rejiminə dəstək verdikləri üçün Rusiya və Çinə sərt xəbərdarlıq ünvanlamışdı. Dövlət katibi çıxışında “Rusiya və Çin Suriyadakı zorakılıqlara göz yumduqları və hakimiyyətə dəstək çıxdıqları üçün cəzasız qalmayacaqlarını bilməlidir” deyərək bu ölkələrə qarşı sərt addımların atılmasını təklif etmişdi.
Yorumlar