"Azad Suriya Ordusu"nun ən güclü dəstəsi Hələbə girdi

300 üsyançıdan ibarət qruplaşma şəhəri Əsəd qüvvələrindən təmizləməyi qarşıya hədəf qoyub...................................
"Azad Suriya Ordusu"nun ən güclü və ən böyük qolu olan "Liva əl-Təvhid" qruplaşması hökumət qüvvələrinə qarşı əks hücuma keçmək üçün Hələb şəhərinə daxil olub. 300 nəfərlik qruplaşma Homsdan sonra indi də Hələbdəki üsyançılara dəstək vermək üçün namaz qılıb dua etdikdən sonra silahlanaraq Hələbə girib. Üsyançıların bəziləri qələbə andı içərkən göz yaşlarına hakim ola bilməyib. "Liva əl-Təvhid" qruplaşmasının lideri Yusif Sabah əbu-Səlmo qarşıda onları gözləyən döyüşlərin əhəmiyyətini belə izah edir: "Bizim hədəfimiz Əsədi hakimiyyətdən devirməkdir. Bunu etməyə gücümüz var. Ancaq Hələb sakinləri bizim üçün çox önəmli olduğundan, burada öz gücümüzü tam göstərə bilmirik. Hələbə və Hələb sakinlərinə ziyan dəyməsini istəmirik. Ancaq buna baxmayaraq, birlik və sabitliyi bərpa etmək üçün Hələbi alacağıq. Əsəd əsgərlərini, Əsədə kömək edənləri buradan təmizləyəcəyik. Ən böyük hədəfimiz isə Əsədi devirdikdən sonra mədəni və islam ölkəsi olan bir dövlət qurmaqdır"

Yorumlar