CAR isə Tehrandan neft idxalını davam etdirəcəyini açıqlayıb
Çin ABŞ və Avropa Birliyinin sanksiyalarına baxmayaraq, İran adlanan yerdən neft idxalını xeyli artırıb.
www.D-A-K.org –a daxil olan məlumata görə, Çinin bu ilin iyun ayında İran adlanan yerdən gündəlik neft idxalı 635 min barel olub. Bu da 17% artım olmaqla son 11 ayın ən yüksək rəqəmidir. Qeyd edək ki, Çin 2011-ci ildə İran adlanan yerdən gündəlik orta hesabla 557 min barel neft idxal edib.
Cənub Afrika Respublikasının (CAR) energetika naziri Dipo Piters isə İran adlanan yerdən neft almaqda davam edəcəklərini açıqlayıb. Onun sözlərinə görə, İran adlanan yerrdən xam neft idxalının dayandırılması ölkəsini çətin vəziyyətdə qoya bilər: “Çünki CAR-ın əsas neftayırma zavodları İran nefti ilə işləyir. Xam neftə olan tələbatımızın 26 faizini İran adlanan yerdən alırıq və bu neftin 80 faizi nəqliyyat vasitələrinin yanacağına sərf olunur”. Dipo Piters deyib ki, ABŞ və Avropa Birliyinin İran adlanan yerə qarşı tətbiq etdiyi sanksiyalar öz qərarları olmadığı üçün ona əməl etməyəcəklər.
Yorumlar