Həmsədrlər Dağlıq Qarabağda keçirilən qondarma seçki ilə bağlı bəyanat verdilər

Onlar heç bir dövlətin Dağlıq Qarabağı suveren və müstəqil dövlət kimi tanımadığını bildirirlər................................
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi seçki oyunu ilə əlaqədar bəyanatla çıxış ediblər. APA-nın xəbərinə görə, həmsədrlər İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Jak For (Fransa) tərəfindən verilən bəyanatda deyilir: “Həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti üçün öz əhalisinin ictimai həyatını bu prosedur vasitəsilə demokratik şəkildə təşkil etmək cəhdinin vacibliyini qəbul edir. Lakin qeyd etmək istərdik ki, nə üç həmsədr ölkə, nə də başqa bir dövlət Dağlıq Qarabağı suveren və müstəqil dövlət kimi tanımır. 19 iyulda həyata keçirilən bu prosedur Dağlıq Qarabağın yekun hüquqi statusunu və münaqişənin sülh yolu ilə həllinə dair cari danışıqların nəticəsini həll etmir”.

Yorumlar