İran adlanan yerdə bir nəfər edam edilib

İran adlanan yerin İlam vilayətində bir nəfər edam edilib. www.D-A-K.org –a daxil olan məlumata görə, narkotik maddələri evində saxlamaqda, istifadə etməkdə və ticarəti ilə məşğul olmaqda təqsirləndirilən şəxs barədə İlam İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Qərar İran adlanan yerin Ali Məhkəməsi tərəfindən təsdiq ediləndən sonra İlam vilayətinin Dalab şəhərinin həbsxanasında icra edilib. Qeyd edək ki, İran adlanan yer edam cəzalarının sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

Yorumlar