İsrail vətəndaşları qorxu içində

Tel-Əviv Suriyada kimyəvi arsenalların “Hizbullah”ın əlinə keçəcəyindən narahatdır!........................................ İsrail İranın nüvə təhlükəsindən ehtiyat edirdisə, indi də Suriyadan çəkinir. Belə ki, Suriya Xarici İşlər Nazirliyinin xaricdən hücumlar zamanı kimyəvi silahlardan istifadə olunacağını bəyan etməsindən sonra İsraildə təhlükəsizlik tədbirləri gücləndirilib. İsrail hökuməti Suriyada rejimin süqutundan sonra kimyəvi arsenalların “Hizbullah” və digər qruplaşmaların əlinə keçəcəyindən narahatdır. Dinc sakinlər arasında qaz maskaları alanların sayı sürətlə artmaqdadır. İsrail poçt xidməti rəsmisi Merav Lapidot əleyhqaza olan tələbatın 2 dəfə artdığını bildirib. Məlumata görə, orta hesabla vətəndaşlar günə 2200 əleyhqaz alırdısa, bazar ertəsi bu rəqəm 3700-ə çatıb. Bir gün sonra isə daha da artaraq 4200-ə qalxıb. Qaz maskalarının filtrləri qısaömürlü olduğundan İsrail hökuməti artıq 20 ilə yaxındır ki, mülki əhaliyə pulsuz əleyqazlar paylayır.

Yorumlar