Kral Abdullahdan kimyəvi silah xəbərdarlığı

"Suriyada ən pis ssenari kimyəvi silah anbarlarının "Əl Qaidə"nin əlinə keçməsi ola bilər"...................................
İordaniya Kralı Abdullah Suriyada ən kimyəvi silahların düşmənlərin əlinə keçə biləcəyinə dair xəbərdarlıq edib. "Əl Qaidə"nin bir müddətdir Suriyanın bəzi bölgələrində yerləşdiyinə dair məlumatlara sahib olduqlarını bildirən Kral "Suriyada ən pis ssenarilərdən biri də kimyəvi silah anbarlarının düşmənlərin əlinə keçməsi ola bilər" deyib. CNN televiziyasına açıqlama verən İordaniya kralı Qərb ölkələrinin BMT-də Suriya rejiminə qarşı sanksiya qərarı qəbul etməyə çalışdığı ərəfədə Əsədin ölkəsində vətəndaş müharibəsinin qarşısını almaq üçün son şansa sahib olduğunu söyləyib. Vəziyyətin çox mürəkkəbləşdiyini və bölgədəki hər kəs üçün ən pis ssenarinin vətəndaş müharibəsi ola biləcəyini vurğulayan Kral Abdullah "uçurumun kənarına gəlindiyi zaman buradan dönüş olmaya bilər" deyə xəbərdarlıq edib.

Yorumlar