Sünni monarxlar İrana qarşı silahlanır

Körfəzin ərəb dövlətləri İranın nüvə proqramından və mümkün “şiə hücumundan” narahatdırlar!.......................................
İran təsirinin artması Körfəz ölkələri arasından çaxnaşma əhval-ruhiyyəsi yaradıb. Bu barədə rusiyalı jurnalist Yevgeni Pojidayevin “Rosbalt” nəşrində dərc olunmuş məqaləsində bildirilir...................................... Söhbət Körfəzin ərəb dövlətlərinin əməkdaşlıq şurasına (KƏDƏŞ) daxil olan konservativ monarxiyalardan - Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Omandan gedir, monarxiya İordaniyası da onların sırasındadır. Bu qruplaşmanın daxilində yetərincə anlaşılmazlıq var. Amma bütün bunlar “İran təhlükəsi”nin qarşısında arxa plana keçir. KƏDƏŞ elitası İranın nüvə proqramından və ümumən güclənməsindən, həm də mümkün “şiə hücumundan” çox narahatdırlar. İran gerçəkdən sürətlə inkişaf edir. Ölkədə ildə milyon yarımdan çox avtomobil istehsal edilir, aviasiya sənayesi var. Membiristor - perspektivli yaddaş özəkləri sahəsində ciddi tədqiqatları var, müstəqil şəkildə üç kosmik aparat buraxıb. İslam Respublikasının qonşularla çox sayda ərazi münaqişələri də var. Tehran Bəhreyni ingilislər tərəfindən qanunsuz qoparılmış əraziləri sayırlar. Körfəzə girişi bağlayan kiçik, amma strateji tərəfdən çox önəmli olan adaların - Əbu Musa, Kiçik Tomb və Böyük Tomb adalarının üzərində BƏƏ ilə anlaşa bilmirlər. Küveytlə də neft sahələri ilə bağlı anlaşa bilmirlər. Həm də İranın inkişafı Yaxın Şərqdə həmişə ayrı-seçkiliyə məruz qalmış şiə azlığının fəallığını gücləndirir. Bəhreyndə şiələr 75% təşkil edir, amma sünni hakimiyyətin aparteid siyasəti ölkəni İran təsirindən kənarda saxlaya bilir. Küeytdə şiələr 30-45%, BƏƏ-də 15-20%, Qətərdə 10% təşkil edir. Səudiyyə Ərəbistanında əhalinin 8-20% təşkil edən şiələrin 60%-i şərq sahil zonalarında yerləşirlər ki, Səudiyyənin neft ehtiyatlarının demək olar ki, hamısının burada yerləşməsi Ər-Riyad üçün həddindən əlverişsizdir. Səudiyyədə şiələr yüksək dövlət qulluğu tutmaq, orduda, təhlükəsizlik xidmətində və polisdə xidmət etmək hüquqlarından məhrumdurlar. Həm də ki, onları sayı üstün vəziyyətdə olan əhaliyə nisbətən sürətlə artır. Təsadüfi deyil ki, “WikiLeaks”də dərc olunmuş sənədlər Körfəz elitasının İrana qarşı aşıb-daşan nifrətini əks etdirir. Əbu-Dabinin varis şahzadəsi Mohammed bin Zayed əl-Nahayyan İranın nüvə silahı əldə edilməsinin nəticələri ilə müqayisədə müharibənin “yetərincə yaxşı alternativ” olduğunu vurğulayıb. Səudiyyə Ərəbistanının kralı Abdulla dəfələrlə “ilanın başını üzməu üçün” İrana hücum etməyə çağırıb. Oxşar əhval ruhiyyə Bəhreydə, İordaniyaada və inqilabdan əvvəlki Misirdə də nümayiş etdirilib. Bu əhval ruhiyyənin konkret ifadəsi kimi silahlanmanı göstərmək olar. 1990-cı illərdən bu yana Səudiyyə Ərəbistanının ordusu 1,5 dəfə artaraq 224 min nəfərə çatıb. Tankların sayı 700-dən 1055-ə çatıb və bunların 315-i çağdaş "Abrams"lardır. Həm də Səudiyyə "Leopard-2" alman tankları üçün verdiyi 270-300 ədədlik sifarişi $10 mlrd. ödəməklə 600-800 ədədə qaldırmaq və bununla da öz tank parkını iki dəfə artırmaq istəyir. Bu ölkənin hərbi-hava qüvvələrində 78 helikopter 293 təyyarə var - onların 130-u ağır qırıcılar və qırıcı bombardmançılardır. Amma belə görünür ki, bu yalnız “girişdir”. 2007-ci ildən başlayaraq krallıq bir sıra yeni sazişlər bağlayıb, o cümlədən 72 ədəd “Evrofayter Tayfun” qırıcısı alınmalıdır. 2010-cu ilin dekabrında isə ABŞ-la $60 mlrd-lıq silah sazişi bağlanıb. Bu, 84 ədəd ağır F-15 qırıcı təyyarəsinin alınmasını, eyni tipli 70 təyyarənin modernləşdirilməsini, 72 ədəd “AH-64D Apache” helikopterlərinin, 72 ədəd “UH-60M Black Hawk” çox təyanatlı helikopterlərin, 12 ədəd “MD-530F” yüngül helikopterlərin alınmasını əhatə edir. Nəticədə Səudiyyə Ərəbistanının helikopter parkı demək olar ki, üç dəfə artacaq. Səudiyyənin havadan hücumundan müdafiə sistemləri də təkmilləşəcək - yerli "Patriot"lar RAS-3 səviyyəsinə qədər müasirləşəcək. Bundan başqa, Səudiyyə Ərəbistanı hərbi-dəniz qüvvələrinin inkişafına $23 mlrd ayırıb və bu rəqəm artırıla da bilər. Ər-Riyad yeni suüstü gəmilər, 6-8 sualtı qayıq almaq, dəniz piadalarını müasirləşdirmək niyyətindədir. Nəhayət, ABŞ-ın bu yaxın müttəfiqi kütləvi qırğın silahları almağa xüsusi maraq göstərir. Ər-Riyadın kimyəvi silahı çoxdan var, amma 2009-cu ildə Səudiyyə nüvə silahı almağa hazır olduğunu bildirib. Bu, boş sözlər deyil, krallıq Pakistanın nüvə proqramına sponsorluq edib.

Yorumlar