Suriya müxalifəti: “Hədəf xalqı qıranlardır”

Dəməşqdəki partlayış hökumətə qarşı qiyamın dönüş nöqtəsidir................................
Bunu Suriya müxalifətinin yaratdığı milli şuranın rəhbəri Abdelbassek Sida Qətərdə çıxış edərkən deyib. O bildirib ki, dünənki hücumda hədəf seçilənlər 16 aydır ki, xalqı qıranlardır. Çərşənbə günü Dəməşqdə törədilmiş partlayışda müdafiə naziri Daoud Rajha, onun müavini və prezident Bəşər Əsədin yeznəsi Assef Shawkat və fövqəladə hallar idarəsinin rəhbəri Hassan Turkomani ölüb, daxili işlər və milli təhlükəsizlik nazirləri isə yaralanıblar. Hücuma görə cavabdehliyi üsyançılar üzərinə götürüb. Birləşmiş Ştatlar bəyan edib ki, bu hücum prezident Bəşər Əsəd rejiminin nəzarəti itirməsindən xəbər verir. Böyük Britaniyanın baş naziri David Cameron isə bir daha Bəşər Əsədi istefa verməyə çağırıb. BMT-nin təhlükəsizlik şurasında Suriya ilə bağlı yeni qətnamə layihəsinin müzakirəsi gözlənilir. Rusiya ilə Çinin Suriyaya qarşı sanksiyalar tətbiq edilməsini nəzərdə tutan sənədə veto qoyacaqları gözlənilir.

Yorumlar