Mönsif Mərzuki Fransada belə bir bəyanatla çıxış edib.............................
İran və Rusiya Suriyaya verdiyi dəstəyin yanlış olduğunu bir gün mütləq anlayacaq. Bunu Fransaya səfəri zamanı Yelisey sarayında Fransa prezidenti Fransua Olland tərəfindən qəbul olunan Tunis prezidenti Mönsif Mərzuki deyib.
"İran və Rusiya kimi böyük dövlətlər bunun bədəlini əvvəlcədən hesablamalıdır. Tunis, Liviya və Misirdən sonra Suriyaya demokratiyanın gəlməsi üçün diktator Bəşər Əsədin hakimiyyətdən getməyi lazımdır. Biz bunu Suriya xalqı üçün istəyirik", - Mönsif Mərzuki belə deyib.
Fransa prezidenti isə Mönsif Mərzukini "Ərəb baharı" atəşini yandıran ölkənin başçısı kimi təqdim edib. Mətbuat konfrasında Mərzukiyə Tunisin keçmiş prezidenti Zeynəl Abidin Bin Əlinin xaricə apardığı 1 milyard dollar pulu olmasına dair sual verilib. Mərzuki onların detektiv tutaraq bunu təqib etməsi əvəzinə, beynəlxalq maliyyə nəzarət qurumlarının bu məsələ ilə məşğul olmalı olduğunu deyib.
Yorumlar