Urmiyada polislə əhali arasında qarşıdurma

İyulun 24-də Güney Azərbaycanın Urmiya şəhərində polis əməkdaşlarıyla əhali arasında qarşıdurma baş verib. www.D-A-K.org –a daxil olan məlumata görə, İmam xiyabanında (İnqilab kinoteatrı ilə Nikxah pasajının arası) bir kişi və üç qadın polis gənc qızı döyüblər. Onlar qızı zorla polis bölməsinə aparmaq istəyiblər. Ancaq bu zaman ətrafdakı insanlar gənc qızın köməyinə gəib və bununla da əhali ilə polis əməkdaşları arasında qarşıdurma olub. Sonda camaat gənc qızı onların əlindən qurtarmağa və polisləri hadisə yerindən uzaqlaşdırmağa nail olublar.

Yorumlar