Firudin Abbasi
“Biz Böyük Britaniyanın xüsusi xidmət orqanı olan Mİ6-nı çaşdırmaq məqsədilə nüvə fəaliyyətimizin gedişi haqda bilərəkdən səhv məlumatlar yaymışıq. Bunu nüvə təsisatlarımızın təhlükəsizliyini qorumaq məqsədi ilə etmişik. Həmin əsassız məlumatlar Beynəlxalq Atom Enerjisi Agentliyinin nüvə fəaliyyətimizlə bağlı yaydığı hesabatlarında əksini tapıb”. “Media forum” saytı xəbər verir ki, bu sözləri İran Atom Enerjisi Təşkilatının rəhbəri Firudin Abbasi sentyabrın 20-də “Əl-həyat” qəzetinə müsahibəsində deyib.
Firudin Abbasi bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin İrana qarşı qərarları həmin səhv məlumatlara istinadla qəbul edilib: “Biz bəzən güclü olduğumuz sahələrdə özümüzü zəif, zəif olduğumuz hallarda isə özümüzü güclü göstəririk. Sonra da görürük ki, həmin hallar beynəlxalq agentliyin nüvə fəaliyyətimizlə bağlı müzakirələrində və qəbul etdiyi qərarlarda əksini tapır”.
Yorumlar