Tanınmış azərbaycanlı şair Əlirza (Dehdar) Qasimzadənin Makunun Hasın kəndində keçirilən ad günü tədbirində iştirak edən mədəni fəallar ardıcıl şəkildə həbs edilir. Məlumata görə, Əziz Omrani ETTELAAT-a (İran Kəşfiyyat Nazirliyi) çağırılıb, lakin o, idarəyə getməkdən imtina edib. Mərasim iştirakçılarından daha birisi, Tehran sakini İbrahim Fərroxi isə sentyabrın 2-də tutulub və Makunun ETTELAAT idarəsinə aparılıb. Həmçinin Şotun Şəhər Şurasının rəisi Hüseyn Həmzəlu mədəni zəmindəki fəaliyyətlərinə görə, avqustun 25-də tutulub və bir həftə saxlanıldıqdan sonra sentyabrın 1-də azadlığa buraxılıb. Azərbaycanlı milli-mədəni fəal mühəndis Babək Möhsünnejad isə sentyabrın 4-ü Makunun mərkəzi dördyolunda yerləşən mağazasında tutuqlanıb və naməlum istiqamətə aparılıb. Maku sakini tanınmış azərbaycanlı şair Bəhmən Nəsirzadə də ETTELAAT idarəsinə çağırılıb. Məlumata görə, Nəsirzadə ETTELAAT və məhkəməyə müraciət etmədiyi üçün, onun məcburi cəlb dilməsi ilə bağlı göstəriş verilib. Xoy şəhərinin inqilab məhkəməsinin 1-ci şöbəsi 16 nəfər milli-mədəni fəalın ittihamını dəyişərək, onları həbs cəzasına məhkum edib. dak.org-un xəbərinə görə, azərbaycanlı fəalların hər biri 6 ay həbs və 2 il şərti həbs cəzasına məhkum edilib. Onların yeni ittihamı islami hökumətə qarşı silahlı qrupları (pantürkizm) dəstəkləməkdən ibarətdir. Həbs cəzasına məhkum edilmiş azərbaycanlı fəalların kimliyi: Şirzad Hacilu, Şəhram Yüzbaşı, Bəhmən Nəsirzadə, İslam Əliəkbərlu, Həminpur Cəfər Əli, Həmid Bəyat, Cavad Sərvnaz, Mehdi Qiyasi, Siyavuş Həbibzadə, Behnam Haci məhəmmədi, Arman Vəlilu, Məhəmməd Rəzzaqi, Eyvəz Bəyat, Cəlil Qənilu, Mərrəm Xoşa, Vəhid Faezpur. Adlarını qeyd etdiyimiz azərbaycanlı fəallar 2011-ci il sentyabrın 27-si ölkə təhlükəsizlik və asayişini pozmaq məqsədi ilə qrup yaratmağa cəhd göstərmək ittihamı ilə mərhum İbrahim Cəfərzadə ailəsinin dəfn mərasimində tutuqlanıb və sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar. Məhkəmə 9 fəaldan başqa digər fəalların barəsində qiyabi qərar çıxarıb.

Yorumlar