- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
"Düşmənimin, düşməni dostumdur"
İsrail deyir ki, Azərbaycanın nə dediyi
yox, nə etdiyi önəmlidir İsrail-Azərbaycan münasibətləri
haqqında yazı dərc etdirən “The
Economist “ jurnalı yazır ki, İsrail
həmişə olduğu kimi, öz regional
periferiyasında qeyri-ərəblərlə
dostluq axtarır. "Bu, haqqda danışılması cəsarət tələb
edən məhəbbət kimidir. Azərbaycan
1991-ci ildə müstəqillik qazananadan
bəri, yəhudi dövləti və Şiə Müsəlman
ölkə arasında münasibətlər böyüyüb
və çiçəklənib" - "Qeyri-adi, amma lazımlı müttəfiqlər" adlı yazıda deyilir.
"Onların hər ikisi İrandan qorxur, hər
ikisində digərinin istədiyi şeylər
mövcuddur". "WikiLeaks xəbər
sızdırma saytının dərc etdirdiyi 2009-
cu ilə aid Amerika diplomatik sənədlərində Azərbaycan prezidenti
İlham Əliyevə istinadən deyilir ki, iki
ölkə arasında münasibətlər aysberq
kimidir: onda doqquzu görünməyən
tərəfdir" - The Economist yazır.
"Məlum olan odur ki, İsrail neft idxalının üçdə birini Azərbaycandan -
Türkiyənin Ceyhan limanına qədər
uzanan boru kəməri vasitəsilə alır.
Ceyhandan sonra neft İsrailə daşınır.
Azərbaycan şirkəti isə İsrailin
cənubundakı Aşkelon limanı yaxınlığındakı sularda qazma işləri
aparmağa ümid edir. Azərbaycan BMT
Təhlükəsizlik Şurasının üzvüdür, iş
İsraillə bağlı qətnamələrə gələndə
Ərəb və Müsəlman ölkələrinin xeyrinə
səs verir. İsraillilər isə deyir ki, onlar Azərbaycanın nə dediyinə yox, nə
etdiyinə daha çox önəm verirlər". The
Economist, son on ildə Azərbaycan və
İsrail arasında ticarətin sürətlə inkişaf
etdiyini yazır: "2008-ci ildə
Azərbaycanın İsrailə ixracatı (əsasən neft) rəsmi rəqəmlərə görə, 3.6
milyard dollara bərabər olub, 2009-cu
ildə bu rəqəm 1.2 milyard dollar,
2010-cu ildə isə 1.7 milyard dollar
təşkil edib".
Jurnal qeyd edir ki, Azərbaycanın ən böyük mobil telefon provayderi İsrail
şirkətilə birgə müəssisədir. İndi
israillilər daha böyük rəqəmlərdə,
hətta müdafiə sənayesinə sərmayə
yatırılar. Mart ayında israillilər və
azərbaycanlılar yaratdıqları birgə müəssisədə pilotsuz təyyarə istehsal
etməyə başlayıblar. "Azərbaycan
liderləri, əhalisinin dörddə biri etnik
azərbaycanlı olan İrandan gələn
islamçı təsirdən qorxurlar. İranda
Ayətullalar isə sekulyar Azərbaycanın təsirindən ehtiyat edir. İran cənab
Əliyevi İsraillə münasibətlərinə görə
məzəmmət edib. Azərbaycanlı rəsmilər
İsrailin Azərbaycan silahlı qüvvələrinə
təlimlər keçməsinə dair məlumatları
müzakirə etməyə könülsüzdür. Azərbaycanla yaxın münasibətləri
olan Türkiyə də cənab Əliyevin İsraillə
mehribanlığına qəzəblənir. Amma
Türkiyənin Bakıdakı elçisi Azərbaycan
hökumətini Türkiyə yolunu tutaraq
İsraillə münasibətləri pozmağa çağıranda nəzakətli rədd cavabı aldı".
- Bağlantıyı al
- X
- E-posta
- Diğer Uygulamalar
Yorumlar