Sergey Lavrov: “Patriot”lar İranı vurmaq üçün qurulub "





SanaNews:Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ərazisində yerləşdiriliən “Patriot” raketlərilə bağlı şok açıqlama verib. Rusiya Televiziyasına açıqlama verən Lavrov Türkiyə ərazisində yerləşdirilən həmin raketlərin İrana qarşı olduğunu iddia edib.
 NATO-nun Türkiyə Suriya sərhədində “Patriot” raketləri yerləşdirməkdə bu qədər istəkli olmasında hədəfin başqa bir ölkə olub-olmadığı ilə bağlı verilən suala Lavrov, “Mətbuatda da yer alan məlumatlara görə, bunun İrana qarşı yerləşdirildiyi görünür” deyə cavab verib.
Bölgədə bəzi dövlətlərin Rusiyanı Bəşər Əsədə təzyiq göstərməməkdə ittiham etdiyini söyləyən Lavrov, “Niyə bizdən poçtalyon (postçu) kimi istifadə etmək istəyirlər? Əgər cənab Əsəd bunu istəyirsə, bunu onun özü ilə müzakirə etmək lazımdır” deyib.
 Rusiyanın baş diplomatı Suriya müxalifətinin tanınması ilə bağlı verilən suallara “Biz heç kimi tanımayacağıq. Müxalifətdən olan bütün qruplarla işləyirik. Milli Koalisiya (etilaf) və ya siyasi sahələrdə olanlarla da işləyə bilərik. Məsələ kimisə tanıyıb tanımamaq deyil. Əsas olan hamını eyni tərəfə çəkməkdir” deyə cavab verib. AzNews.az

Yorumlar