İranın Azərbaycana olan düşmənçiliyi davam edir!

ETTELAAT qanunsuz və haqqsız olaraq Azərbaycan vətəndaşlarını həbs edib.


 Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Xalidə Xalidin İranda əsassız həbsinin və digər şəxslərin yersiz və əsassız həbsləri məni bir daha əlimə qələm almağa məcbur etdi. Hər kəsin bildiyi kimi Xalidə xanım AMEA-nın üzvüdür və heç bir kəşfiyyatçılıq və cəsusluğundan söhbət gedə bilməz amma İran tərəfi Xalidə xanımı haqqsız olaraq həbs edib. Çox maraqlıdır ki, İran kəşfiyyatı Xalidə xanıma qarşı irəli sürdüyü ittihamları nəsə əsaslanaraq irəli sürüb və hansı sübutları ortaya qoyub??? Əgər sübut yoxdursa Azərbaycan vətəndaşını nə üçün İranda girov saxlayıb?? Ancaq hər kəsin bilməsi gərəkən bir məqam var ki, bütün İran vətəndaşları Azərbaycan ərazisinə və Bakıya toplaşaraq kəşfiyyatçılıqla məşğuldurlar və eninə də, boyuna da casusluq edirlər. Faktiki olaraq İran bunu sanki bilmirmişik kimi davranaraq günahsız bir Azərbaycan xanımını həbs etmişdir. Azərbaycandakı və Bakıdakı dindarların 90 faizi İran agentləridir və dayanmadan Azərbaycan əleyhinə çalışırlar, məlumat toplayaraq İrana,    ETTELAAT-a ötürürlər. Bütün Azərbaycan ETTELAAT cəsusları ilə dolub daşır. O zaman biz də qarşımıza çıxan bütün radikal dindarları və İran vətəndaşlarını sorğusuz-sualsız həbs etməliyik. İranın çirkin oyunları bizi cana gətirib. Bu zaman qarşıya bir neçə şərtlər və amil qoyulur.
1.  İranla bütün əlaqələr kəsilsin və İrandan Azərbaycana keçən hər bir fars əsilli vətəndaşlarını dərhal həbs etmək.
2.  İranın Azərbaycandak bütün molla qismi dərhal həbs edilməlidir.

Başda İranın Azərbaycandakı dini nümayəndəsi Ocaqnecad və bütün ətrafı həbs edilməlidir. Ocaqnecad və ətrafındakılar Azərbaycan qadınları ilə siğə edərək sünii nikah bağlayaraq qadınlarımızı psi yola çəkirlər yəni sizin anlayacağınız qadınlarla sünii evlilik və mədəni fahişəlik edirlər. Bu onlara Milli Mentalitetimizə zərbə vurmaq maddəsi ilə təqsirli bilinib həbs etdirilməyə kifayət qədər sübutdur. Digər tərəfdən də hamısı İran və ETTELAAT cəsuslarıdıdr bu da onları həbs etməyə kifayət qədər sübutdur və bu sübutu faktlarla və dəlillərlə ortaya qoymaq Azərbaycan Milli Təhlükəsizlik qüvvələri tərəfindən çox asanca həyata keçiriləcək bir işdir çünki hamısının açıq-aşkar İran agentləri olduğunu Azərbaycanda uşaqdan böyüyə qədər hər kəs bilir.
  İranın Azərbaycana olan düşmançılığı ərazi iddialarından irəli gəlir və Sovetlər birliyinin süqutunun ardından budüşmənçilik dərhal baş qaldırdı. Sovetlər birliyi zamanı Sovetlərin qorxusundan bu iddiasını gizlədirdi və qəlbində boğurdu. Ancaq, 1991-ci idən Azərbaycan müstəqillik qazandığı gündən, İran Azərbaycanın müstəqilliyini qəbul etmədi və müstəqiliyimizi gözü götürmədi. 1991-ci ildən bu günümüzə qədər İranaın Azərbaycana qarşı olan düşmənçiliyi və ərazi iddiaları, işğalçılıq siyasəti davam edir və günbəgün artır. İran Azərbaycanın böyüməsini istəmir və yüksəlişindən bərk qorxuya düşüb. İranın xəbis planları bir neçə amilə əsaslanır. İranın düşmançılığının bir neçə səbəbi var.
1.  Arazdan Şimaldakı Azərbaycan torpaqlarını işğal etmək və İran ərazisinə qatmaq, İran ərazisini böyütmək, Azərbaycanın təbii sərvətlərinə təkbaşına sahib olmaq ki. var gücü ilə buna çalışır.
2. Digər amil isə Azərbaycanın sürətlə güclənməsi və hər cür texnikaya sahib olması İranı bərk narahat edir, bərk qorxu və təlaşa salıb. Çünki İran bilir ki, Azərbaycan gücləndikcə Cənubi Azərbaycan torpaqlarını İrandan tələb edəcək.. 1828-ci il Türkmənçay müqaviləsinin vaxtı sona çatıb və müqaviləyə görə Cənubi Azərbaycan torpaqları artıq İranın tabeçiliyindən çıxmalıdır. İran tərəfi yaxşı bilir ki, Azərbaycan bölgədə gücləndikcə öz torpaqlarını İrandan istəyəcək və bu, İranın bölünməsi və parçalanması deməkdir. Əgər bu bölünmə olarsa, İran yox olar 50 milyonluq bir türk toplumu İrandan ayrılsa və başının üstündə nəhəng bir qüvvə yaransa İranın qara günləri başlayacaq və demək olar ki, əgər bu bölünmə olarsa İran yox olar.  Elə  onun üçün qorxu içindədir. Azərbaycana olan düşmançılığı günü-gündən get-gedə artır və daha da kəskinləşir. Bunun üçün ermənistanla işbirliyindədir və var gücü ilə ermənistanı dəstəkləyir, hər cür maddi və mənəvi yardımı edir. Bu da Azərbaycanı bölgədə zəiflətmək üçündür. Azərbaycanın bölgədə nə qədər düşməni olarsa o qədər zəifləyər deyə düşünən saxta dini molla rejimi Azırbaycan qənim kəsilib. İndi də Azərbaycan Milli Elmlər Akademiyasının üzvünün İranda həbs edilməsi bu plana əsaslanıb və İranın düşmənçiliyinə hesablanıb. Biz dərhal Xalidə Xalidin və digərlərinin azadlığa çıxmasını tələb edirik. İranın seçki ilində aktivləşməsi Azərbaycanda qarışıqlıqlar və fitnə-fəsad həyata keçirtmək niyyətində olduğunu göstərir. Məlum. Axı İran Azərbaycanda İslam cəmiyyəti və İslam rejimi qurmaq istəyir. Bunun üçün gözlənilən qarığıqlıqlara mütləq başlayacaq. Odur ki, hər kəs son dərəcə ayıq-sayıq olmalı, kənar qüvvələrin fitnəsinə uymamalı və aldanmamalıdır. Hər kəs bir nəfər kimi son dərəcə diqqətli olmalıdır. Və beləliklə də hamı İranda həbs olunan soydaşlarımızın və vətəndaşlarımızın müdafiəsinə qalxmalı, molla rejimindən dərhal vətəndaşlarımızın azadlığa buraxılmasını tələb etməlidir! İran dərhal Vətəndaşlarımızı və Xalidə Xalidi azadlığa buraxmalıdır!!!!!........



Mirsamir Məmmədov      www.Siyaset.az



Yorumlar