Milli Qəhrəman Albert Aqarunovun ölümündən 21 il keçir

1992-ci ilin bu günkü günü Albert həyatla vodalaşdı! O, Azərbaycan uğrunda şirin canından keçdi! Əslən Dağ Yəhudilərindən olan Albert bu torpaq üçün canından keçdi görəsən başqa dövlətlərə casusluq edən satqınlara Albertin igidliyi və vətən uğrunda göstərdiyi misilsiz şücaəti və qeyrəti, vətən xainlərinə ibrət deyilmi???!

Bu gün, 08 May Azərbaycanın gözəl güşələrindən biri olan Şuşanın ermənilər tərəfindən işğalından, həm də Azərbaycanın, Qarabağ müharibəsinin ilk Milli Qəhrəmanlarından olan yəhudiəsilli Albert Aqarunov Aqaronviçin ölümündən 21 il keçir. Şuşanın işğalı Albertin öldüyü gün baş vermişdi. Aıbertin öldüyü gün Şuşanın işğalı olan gün hesab olunur. Bir qədər əvvəl vurğaladığımıxz kimi Albert Qarabağ döyüşlərində misilsiz şücalik göstərmişdir və o, Qarabağ döyüşlərinin əfsanəsinə
çevrilmişdir. Düşmənə xeyli külli miqdarda zərbə endirən, onun xeyli sayda canlı texnikasınə məhv edən Milli Qəhrəman Albert Aqarunov son döyüşündə göstərdiyi misilsiz şücaəti nəticəsində məhv etdiyi düşmən qüvvələrini seyr etmək üçün tankdan enərək vurduğu tanklara yaxınlaşdığı zaman düşmən gülləsinə tuş gəlir, doğulub böyüdüyü və vuruşduğu vətəni uğrunda qəhrəmancasına həlak olur, vətən uğrunda əbədiyyən gözlərini yumur! Albertin ölümü Qarabağ döyüşlərində onunla bərabər vuruşan döyüş yoldaşlarını dərindən sarsıdır. Onun döyüş yoldaşları Albertin adını yaşatmaq üçün idarə etdikləri tanklarına Albert adını qoyurlar və onun adını həm qəlblərində həm də müharibə boyu yaşadırlar. O gündən Albert bütün müharibə iştirakçılarının və onu tanıyan hər kəsin, hər bir Azərbaucanlının qəlbində əbədi məskən salmış və əbədiyyən yaşayır. Bu gün Milli Qəhrəmanın ölüm günüdür Allah rəhmət eləsin, məkanı cənnət olsun! Albertin ailəsinə və yaxınlarına başsağlığı diləyirik! Onun vaxtsız ölümü üçün kədərləndiyimizi və üzüntümüzü dilə gətiririk! Bütün Azərbaycanlıların qəlbində əbədiyyən yaçayacaqdır! Allah rəhmət eləsin!





Mirsamir Məmmədov   www.Siyaset.Az

Yorumlar