Tam əminliklə demək olarki, bu günkü baş verən son olaylardan sonra İran və molla rejimi böyük təşviş və qorxu içindədir. Məsələ bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafında gedən danışıqlarda Azərbaycanın qələbəyə yaxın olması barədə manşetlər tirajlandıqca bğlgədə ölən ruhlan dirilir, sınan ümidlər bərpa olur, enən tansiyon yüksəlir. Yəni Qarabağ eşqiylə döyünən ürəklərdə böyük ümid yarandı. Qarabağın ardından gözlərin Təbrizə dikiləcəyini molla qvardiyası yaxşı bilir. Çünki Qarabağın işğalında ermənistana Rusiyadan çox İranın maddi və mənəvi yardımları daha çox oldu. Qarabağın bir açarı Rusiyada olduğu kimi, digəri də İrandadır. ermənistanın bir dövlət olaraq bölgədə ayaqda dayanması üçün ən çox enerji sərf edən yeganə ölkə İrandır. Son dönəmlər Güney Azərbaycan fəalları bütün Dünyada İran əleyhinə kampaniyaları get-gedə daha da artırdıqları üçün, Güney Azərbaycana azadlıq məsələsi faktiki olaraq Dünyanın gündəmindədir. Amma Azərbaycan xalqının öncəki problemi Qarabağ olduğu üçün bu bölgədə hələki Qarabağ məsələsi daha qabarıqdır və daha öndədir. Və bu gün Qarabağ məsələsinin həll olacağı təqdirdə İranın bütün dayaqları və Azərbaycan üçün yaratdığı problem sona çatır və bölgə xalqının ikinci mərhələdə Güney Azərbaycan məsələsini ortaya qoyacağı tam yəqindir və İran molla rejimi bunu çox daha yaxşı bilir. Odurki Astanada Avrasiya İttifaqına ermənistanın Qarabağsız qoşulması məsələsi şərt qoyulduğu üçün molla ayətulla qvardiyası susqunluq içərisində böyük təşviş və qorxu içindədir. Hələki rəsmi və açıq bir fikir ortaya qoyulmasa da konkret olaraq qorxu içərisindədir. Güney Azərbaycanın da İranın tərkibindən ayrıla biləcəyini çox yaxşı bilir və mütləq Qarabağ məsələsində ermənistanın xeyrinə olaraq gizli danışıqlara girişəcək. Rusiya ermənistanı ortada öz maraqları naminə bada versə də İran verməyəcək. Çünki, bu, İranın Dövlət maraqlarına cavab vermir, qətiyyən sərf etmir. Əgər Qarabağ Azərbaycana geri qaytarılsa, növbədə Təbrizin olduğunu bilir. Və İran var gücü ilə Qarabağ məsələsində danışıqları pozmağa çalışacaq. Və düşünürəmki buna nail olacaq. Dünən İran tərəfi də Avrasiya İttifaqının yanında olduğunu bəyan etdi. Amma şərt qoymadı. İran tərəfinin Putinə və Avrasiya İtiifaqının üzvlərinə qısa şəkildə konkret şərti ermənistana toxunmamaq təminatı olacaq. Ya ermənistana toxunmursunuz, ya da bütün gücü ilə ABŞ-a tərəf yönələcəyini şərt olaraq ortaya qoyacaq. Çünki İranın danışıqlar prosesində Qarabağı ermənistanın əlində saxlamaq üçün bundan savayı yolu və variantı yoxdur. Ya ermənistan bütünlüklə, ya da bütünlüklə Qərbin və ABŞ-ın yanındayıq deyə Putini təhdid edəcək. Onsuz da son zamanlar İran Rusiyadan qopub. Bu məsələdə İranın Amerikadan alacaqları daha çox olacaq. Əlbəttəki bütün oyunlar Güney Azərbaycanın başı üzərindədir. Həmi bu addımlar Rusiyanın da maraqlarına cavab vermir mütləq İranla həmfikir olmağa çalışacaq. Vaxtiylə Cənubi Azərbaycanın azadlıq hərəkatında Çar və Sovet qoşunları İranı müdafiə edib Güney Azərbaycan türklərinin istiqlaliyyət qazanmağını əngəllədilər. Çünki Rusiyanın maraqları bunu tələb edirdi. İndi bu gün isə İran ermənistanı silahlandırıb hər şeylə təmin edirki Azərbaycan daim təhlükədə olsun və elə məsh Güney Azərbaycanın yaddaşlardan silinməsi üçün Qarabağ məsələsində ermənistanı dəstəkləyib məsələni düyünə salır Bu siyasət birbaşa Güney Azərbaycan məsələsini gündəmdən yayındırmağa və yaddaşlardan silməyə çalışır Elə Qarabağ məsələsində də mütləq var gücü ilə məsələni əngəlləməyə çalışacaq. Azərbaycanın və Azərbaycan xalqının ən qatı və barışmaz düşməni elə İrandır. İran olduqca, bölgədə gücləndikcə Qarabağ məsələsinin həllini əngəlləməyə çalışacaq. Odurki, İranın işğalçılıq və qəsbkarlıq maraqları olduğu müddətdə Qarabağ məsələsində ermənistanı dəstəkləyib arxa çıxacaq. Bir sözlə, Tehran rejimi Qarabağ probleminin həllində ən böyük maneədir.
Mirsamir Məmmədov
Yorumlar